İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinlə görüşün uğurlu alınması ehtimalını 75 faiz qiymətləndirir

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçiriləcək görüşün uğurlu olma ehtimalını 75 faiz qiymətləndirib. Musavat.com xəbər verir ki, o, bunu “Fox News” radiosuna müsahibəsində deyib.

Aparıcı Trampdan Putinlə danışıqlardan sonra görüşün buna dəyməyəcəyi qənaətinə gəlmək şanslarını qiymətləndirməsini istəyib. Tramp belə bir ssenarinin baş vermə ehtimalının 25 faiz olduğunu bildirib: "Bu, şahmat oyununa bənzəyir. Bu görüş ikinci görüşə hazırlıqdır. Amma bu görüşün uğurlu alınmaması ehtimalı 25 faizdir". 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR