İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp polad və alüminimum idxalına rüsumları ikiqat artırdı

İyunun 4-dən etibarən ABŞ-a idxal olunan polad və alüminiumdan 50 faiz gömrük rüsumu tutulacaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində qeyd edib.

Daha əvvəl Pittsburqda (Pensilvaniya) çıxış edən Tramp polad idxalına gömrük rüsumlarının 25 faizdən 50 faizə qaldırıldığını açıqlamışdı. Onun sözlərinə görə, rüsumların artırılması ölkəyə alüminium idxalına da təsir edəcək.

Qeyd edək ki, Trampın bu addımı ABŞ Federal Arbitraj Məhkəməsinin mayın 29-da onun ölkəyə bütün idxala 10 faizlik rüsum tətbiqinə dair fərmanının icrasını dayandırmaq qərarına cavab hesab olunur. Mayın 30-da ABŞ Ali Məhkəməsi Federal Arbitraj Məhkəməsinin qərarını Ağ Ev etirazını hazırlayana qədər bloklayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR