İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maskın tarif siyasətinə yenidən baxmaq xahişini qəbul etmədi

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampa tarif siyasətinə yenidən baxmaq xahişi ilə şəxsən müraciət edib. Musavat.com xəbər verir ki, məlumatı Washington Post yayıb.

Bildirilir ki, “həftə sonu Elon Mask Ağ Evin baş məsləhətçisini Prezident Donald Trampın aqressiv tarif planına görə tənqid edən sosial şəbəkələrdə çoxlu paylaşımlar yayarkən, özü şəxsən Trampla əlaqə saxlayıb”.

Nəşrin iki mənbəsi Maskın Trampla birbaşa əlaqə saxladığını təsdiqləyib. Bununla belə, onlar Maskın cəhdinin hələ də uğurlu olmadığını deyirlər.

Qəzetin mənbələri bildiriblər ki, Trampın namizədliyini dəstəkləyən biznes və texnologiya liderləri prezidentin belə yüksək tariflər tətbiq etmək qərarına məəttəl qalıb və eyni zamanda siyasətə daha çox təsir göstərə bilmədiklərindən məyus olublar.

Ötən şənbə günü Mask tarif planlarının hazırlanmasında mühüm rol oynayan administrasiya rəsmisini, Ağ Evin ticarət müşaviri Peter Navarronu tənqid edib: "Harvarddan iqtisadiyyat üzrə fəlsəfə doktoru olmaq pisdir, yaxşı deyil".

Bundan əvvəl o, Avropa və ABŞ-ın ticarətdə sıfır tarifə çata biləcəyinə ümid etdiyini bildirib: “Ümid edirəm ki, sonda hamı razılaşacaq ki, həm Avropa, həm də ABŞ, mənim fikrimcə, ideal şəkildə Avropa və Şimali Amerika arasında azad ticarət zonası yaradaraq, sıfır tarifli vəziyyətə keçməlidirlər”.

Bu açıqlamadan sonra Tramp bir neçə dəfə Avropanı hədələyən bəyanatlarla çıxış edib.

Maskın maliyyə naziri postuna dəstəklədiyi namizəd iş adamı Bill Eykman da tariflərin böyük yanlış olduğunu bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR