İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda yerli seçkilər: İvanişvili səs verdi və "xalq ağla qaradan ayırmağı öyrəndi” dedi

Bu gün Gürcüstanda yerli özünüidarə orqanlarının rəhbərlərinin seçkiləri keçirilir.

Musavat.com xəbər verir ki, səs verənlər arasında hakim partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili də olub.

İvanişvili seçkidən sonra jurnalistlərə açıqlamasında bildirib ki, son 13 ildə hakim “Gürcü arzusu” partiyası ölkədə ciddi nəticələr əldə edib:
“Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, cəmiyyət düzgün nəticə çıxarmağı öyrənib. Cəmiyyət artıq ağla qaradan fərq qoymağı bacarır”.

Seçkilərin nəticələri Gürcüstanın siyasi mənzərəsində hakimiyyətin mövqelərini göstərən mühüm siqnal kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR