İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Harrisi ideya oğurluğunda ittiham etdi - "Onun öz ideyaları yoxdur"

ABŞ respublikaçılarının prezidentliyə namizədi Donald Tramp şənbə günü demokralardan olan rəqibi, vitse-prezident Kamala Harrisi onun platforma təşəbbüslərini, xüsusən də xidmət işçilərinə vergini ləğv etmək ideyasını oğurlamaqda ittiham edib.

Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində belə yazıb: “Bal ayı dövrünün sonuna yaxınlaşan və anketlərdə ağır şəkildə uduzmağa başlayan Kamala Harris, sadəcə, mənim “çaypuludan heç bir vergi tutmamaq” siyasətimi kopyalayıb. Fərq ondadır ki, o bunu həyata keçirməyəcək. Bu, ona yalnız siyasi məqsədlər üçün lazımdır. Bu, Trampın ideyası idi, onun öz ideyaları yoxdur, o, onları ancaq məndən oğurlaya bilər”.

Qeyd edək ki, dünən Harris Nevada ştatının Las-Veqas şəhərində keçirilən mitinqdə xidmət işçilərinə verilən kiçik məbləğli bəxşişlərdən tutulan vergiləri ləğv edəcəyini bəyan edib. Bundan əlavə, o, ABŞ-da qiymətlərin aşağı salınması üçün tədbirlər görəcəyini bildirib.

Tramp da əvvəllər dəfələrlə bəxşiş vergilərinin ləğvinə dair çıxışlar edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR