Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın gələcəkdə ABŞ-ın nəzarətinə keçəcəyinə əminliyini ifadə edərək, ada sakinlərinin bu ideyanı dəstəklədiyini qeyd edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yni zamanda, Danimarka belə bir ehtimalı qəti şəkildə rədd edir.
D.Tramp növbəti dəfə bu mövzuda “Air Force One” təyyarəsində jurnalistlərlə söhbət edərkən deyib və əlavə edib ki, adanın 56 minə yaxın əhalisi bu ideyanı dəstəkləyit.
Tramp bildirib ki, Qrenlandiyaya nəzarət qlobal təhlükəsizlik üçün vacibdir. Onun fikrincə, baş nazir Mette Frederiksenin təmsil etdiyi Danimarkanın bundan əvvəl adanı satmaq imkanını qəti şəkildə rədd etməsi qeyri-dost mövqenin təzahürüdür.
Tramp Qrenlandiyanın yenidən alınması məsələsini ilk dəfə 2019-cu ildə, birinci prezidentliyi dövründə qaldırıb. O zaman o, adaya sahib olmaq təşəbbüsünü azad dünyanı müdafiə etmək üçün "həyati" addım olması ilə əsaslandırıb. İndi Tramp təkrar edir ki, ABŞ Qrenlandiyanın sabitliyini və təhlükəsizliyini təmin etməyə qadir olan yeganə ölkədir. O, bunun təkcə Amerikanın maraqları deyil, həm də qlobal sülh məsələsi olduğunu vurğulayıb.
Trampın sözləri siyasi dairələrdə və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub, onun təşəbbüsü birmənalı olaraq mənfi səciyyədə qarşılanıb.
Musavat.com
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ