Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynada müharibənin başlanmasına görə Rusiyanın günahkar olmadığını bildirib.
O, məsuliyyəti Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ-ın 46-cı prezidenti Co Baydenin üzərinə qoyub.
Tramp bu fikirlərini Fox News radiostansiyasına verdiyi müsahibədə səsləndirib:
“Hər dəfə Rusiyanın günahkar olmadığını deyəndə, yalançı media mənə hücum edir. Amma mən sizə deyirəm ki, Bayden yanlış sözlər dedi, Zelenski yanlış sözlər dedi. Onlar özlərindən qat-qat böyük və daha güclü biri tərəfindən hücuma məruz qaldılar. Bu, yaxşı deyil, belə olmamalı idi. Amma Rusiyanı bu müharibədən çox asanlıqla çəkindirmək olardı, beləliklə, bu müharibə heç vaxt olmamalı idi.”
Qeyd edək ki, Trampın bu mövqeyi ABŞ-da və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. O, daha əvvəl də Ukrayna müharibəsinə görə Bayden administrasiyasını ittiham edib və öz prezidentliyi dövründə belə bir münaqişəyə imkan verməyəcəyini iddia edib.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ