İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Çinlə danışıqları yalnız özü aparmaq istəyir – ABŞ rəsmilərinə icazə vermir


ABŞ prezidenti və hazırda yenidən namizəd olan Donald Tramp Çinlə danışıqları yalnız özü aparmaq niyyətindədir və administrasiyasının rəsmilərinə bu istiqamətdə səlahiyyət verməkdən imtina edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Məlumata görə, Tramp Çin lideri Si Cinpinlə birbaşa və şəxsən görüşməkdə israrlıdır.

O, ABŞ və Çin arasında gərginliyin yumşaldılması üçün Pekində keçiriləcək müzakirələrdə Ağ Ev nümayəndələrinin Çin rəsmiləri ilə danışıqlar aparmasına icazə vermir.

Bundan başqa, ABŞ Senatı hələ də Çindəki səfiri təsdiqləməyib, bu da iki ölkə arasında diplomatik əlaqələrin tam miqyaslı bərpasını ləngidib. Beləliklə, bu vəziyyət ABŞ ilə Çin arasında ticarət müharibəsinin tezliklə həll olunması ehtimalını da təhlükə altına atıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR