İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp-Çin ticarət savaşı yeni fazaya keçdi

ABŞ-ın Tramp administrasiyası dünyanın ən böyük çip istehsalçılarından biri olan Intel-də pay almaq üçün danışıqlar aparır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Qəzetin xəbərinə görə, mümkün sövdələşmə avqustun 11-də ABŞ prezidenti Donald Tramp ilə Intel-in baş direktoru Lip-Bu Tan arasında keçirilən görüşdə müzakirə olunub. Bloomberg-in mənbəsinin bildirdiyinə görə, əgər sövdələşmə baş tutarsa, bu, Intel-in Ohayoda dünyanın ən böyük çip istehsalı zavodunu yaratmaq layihəsinə kömək edə bilər. Bu layihənin icrası dəfələrlə təxirə salınıb.
Intel-də payın Ağ ev tərəfindən alınması ilə bağlı xəbərlər Trampın Tanı Çinlə əlaqələrinə görə şirkət rəhbəri postundan getməyə açıq şəkildə çağırmasından bir həftə sonra ortaya çıxıb.


Qeyd edək ki, son illərdə Abş və Çin arasında kompüter çipləri uğrunda ticarət müharibəsi gedir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR