Onlayn ictimai-siyasi qəzet
"Fox News" telekanalının aparıcısı və Co Baydenin kəskin tənqidçisi olan Den Bondcino ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) direktor müavini təyin edilib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında məlumat verib.
ABŞ Prezidenti qeyd edib ki, Den Bondcino ölkəsini dərin sevgi ilə dəyərləndirən, psixologiya və biznesin idarə edilməsi üzrə magistr təhsili almış bir mütəxəssisdir.
"O, həmçinin Nyu-York polisində və ABŞ Məxfi Xidmətində çalışıb. İndi isə ölkənin ən uğurlu podkast aparıcılarından biridir", - deyə D. Tramp bildirib.
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ