İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi daha bir sanksiyanın müddətini uzatdı

ABŞ prezidenti Donald Tramp Co Bayden administrasiyasının 2021-ci ilin aprelində Rusiyanın zərərli fəaliyyətləri ilə bağlı bir neçə ştatda elan etdiyi fövqəladə vəziyyətin daha bir il uzadılması barədə qərar qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Trampın müvafiq sərəncamında 14024 saylı sərəncamın icra müddəti 1 il müddətinə artırılır.

ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir ki, 14024 saylı İcra Sərəncamı “Rusiya Federasiyasının bəzi zərərli xarici fəaliyyətlərinə şərait yaradan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiq oluna biləcəyi fövqəladə vəziyyət elan edir”. Həmçinin qeyd olunur ki, bu rejim Ukrayna münaqişəsi ilə bağlı deyil.

Amerika mediası xatırladır ki, ABŞ-da belə tədbirlərin tətbiqi ölkə prezidentinə konkret problemin həlli üçün əlavə tədbirlər görməyə imkan verir. Konqres fövqəladə vəziyyəti ləğv edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR