İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məktəblərində ingilis dil dərsi azaldılacaq, yerinə...

2026-cı ildən 5-9-cu siniflərdə oxuyan rusiyalı məktəblilər daha az xarici dil öyrənəcəklər. Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, xarici dil dərslərinin əvəzinə mənəvi-əxlaqi mədəniyyətlə bağlı yeni məcburi fənn tədris ediləcək.

Rusiya Təhsil Nazirliyi xarici dillərin öyrənilməsi üçün hazırkı 510 saat (həftədə təxminən üç dərs) əvəzinə 408 saat (həftədə iki dərs) zaman ayırmağı tətbiq edəcək.

Müvafiq sərəncam layihəsi normativ hüquqi aktların layihələri portalında yerləşdirilib. İzahat qeydində qeyd olunur ki, dəyişikliklər dərs yükünün optimallaşdırılması və tədris vaxtının rasional şəkildə yenidən bölüşdürülməsi üçün edilir. Xarici dillər məktəb kurikulumunun məcburi hissəsi olaraq qalacaq.

Eyni zamanda, sənəd 2026-cı ildən yeni fənnin - "Rusiyanın mənəvi-əxlaqi mədəniyyəti"nin (SMC) tətbiqini nəzərdə tutur. Onun məqsədi şagirdlərdə ənənəvi dəyərlərə əsaslanan dünyagörüşü inkişaf etdirməkdir.

Yeni fənn 5-7-ci siniflərdə tədris olunacaq: beşinci sinif şagirdlərinə ildə 17 saat, altıncı və yeddinci siniflərə isə hər biri 34 saat ayrılacaq.

Sərəncam təsdiq olunarsa, 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR