İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlətə xəyanətdə ittiham olunmuş Kirill Vışinski dünyasını dəyişdi

Rusiyalı jurnalist Kirill Vışinski vəfat edib.

Musavat.com xəbər verir ki, Rusiya mediasının məlumatına görə, o, Moskvada ağır xəstəlikdən sonra 58 yaşında dünyasını dəyişib.

Vışinski 2006–2014-cü illərdə VQTRK-nın Ukrayna üzrə xüsusi müxbiri olub. 2014–2018-ci illərdə isə “RIA Novosti – Ukrayna”nın rəhbəri kimi fəaliyyət göstərib.

2018-ci ilin mayında Ukrayna Təhlükəsizlik Xidməti onu dövlətə xəyanət ittihamı ilə həbs etmişdi. Lakin 2019-cu ilin sentyabrında Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi çərçivəsində Moskvaya təhvil verilmişdi.

Rusiyaya qayıtdıqdan sonra Vışinski “Rossiya Seqodnya” media qrupunun icraçı direktoru vəzifəsini tutub, həmçinin Rusiya prezidentinin yanında fəaliyyət göstərən İnsan Hüquqları Şurasına üzv seçilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR