İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsinə gətiriləcək?

ABŞ Nümayəndələr Palatasının Texas ştatından olan respublikaçı üzvü Troy Nels keçmiş prezident Donald Trampı parlament sədrliyinə gətirilməsi üçün çalışacağını söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Hill” saytı məlumat yayıb.

"Bu həftə ABŞ Nümayəndələr Palatası yenidən toplaşanda mənim ilk işim Donald Trampın ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürmək olacaq", - deyə konqresmen Nels bildirib.

Qeyd edək ki, dünən Nümayəndələr palatasına respublikaçı siyasətçi, Şimali Karolina ştatının nümayəndəsi Patrik MakHenri müvəqqəti olaraq spiker təyin olunub.

Bundan əvvəl respublikaçı Kevin Makkarti (Kaliforniya) ABŞ Senatının Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR