İnsanlara hürriyət, millətlərə istiqlal!

"Toyota" Yaponiyadakı bütün zavodlarında istehsalı dayandırır

"Toyota" istehsal sistemində nasazlıq yaşadıqdan sonra Yaponiyadakı bütün zavodlarını bağlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şirkət hazırda bu problemin səbəbini fəal şəkildə araşdırır, lakin qeyd edir ki, o, bunu mümkün kiberhücumla əlaqələndirmir. Uğursuzluq səbəbindən şirkət hissələri sifariş edə bilmir.

"Toyota"nın Yaponiyadakı 14 zavodunun payı satış həcminə görə şirkətin dünya istehsalının təxminən üçdə birini təşkil edir.

Bu yaxınlarda Yaponiya müəssisələri təhdid dolu telefon zəngləri dalğası ilə üzləşib və səlahiyyətlilər bunun Çindən gəldiyinə inanırlar.

Hakimiyyət orqanları da güman edir ki, hədələr Çindən gəlir və "Fukusima" AES-in soyudulmasında işlədilmiş radiaktiv suyu okeana axıdılmasının başlaması ilə bağlıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR