Onlayn ictimai-siyasi qəzet
Tanınmış teleaparıcı və prodüser Tarix Əliyev (Tolik) ötən gün qızı Milanaya 40 gün məclisi təşkil edib.
Ailəvi xarakter daşıyan tədbir paytaxtın məşhur məkanlarından biri olan “Neolit” restoranında baş tutub.
Məclisə əsasən yaxın qohumlar və ailə üzvləri dəvət olunub. Bununla yanaşı, Tolik sənət cameəsindəki bəzi yaxın dostlarını da bu özəl gündə yanında görmək istədiyini bildirib. Tədbirdə şou-biznesin tanınmış simalarından Əməkdar artist Nigar Şabanova, Nazilə Səfərli, Şəbnəm Tovuzlu və digər məşhurlar iştirak ediblər. Onlar Tolikin sevincinə şərik olub, körpə Milana üçün xoş arzularını dilə gətiriblər. (Yenisabah.az)
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ