Onlayn ictimai-siyasi qəzet
“Mən səni efirə dəvət edən kimi, Zaur da Şəbnəmi çağırır”.
Bu sözləri aparıcı Tarix Əliyev Vəfa Şərifova ilə söhbəti zamanı səsləndirib.
“Tarixin bir günü” verilişinin kameraarxası görüntülərində müğənnilərlə söhbət edən aparıcı, Şəbnəm Tovuzlu və Zaur Nəbioğluna söz atıb. O, Vəfa Şərifovanın efir qonağı olduğunu vurğulayaraq, Zaur Nəbioğlunun da hər dəfə Şəbnəm Tovuzlunu dəvət etdiyini qeyd edib. Tarix Əliyevin zarafat dolu sözləri studiyada gülüşə səbəb olub:
“Bu ikinci dəfədir ki, belədir. Sən mənim verilişimdə qonaq olan kimi Zaur Nəbioğlu Şəbnəmi ora çağırır. Keçən dəfə belə, bu dəfə də belə. Bu nədir? Ay Zaur, nə baş verir?” (Yenisabah.az)
13 Fevral 2025
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ