İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayevdən SƏRƏNCAM: Heydər Əliyevin adı Astanada küçəyə verildi – FOTO

Qazaxıstanın Astana şəhərində Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin adını daşıyan küçə köçürüləcək.

Konkret.az -ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Qasım- Jomart Tokayev sərəncam imzalayıb. Belə ki, “Sauran” küçəsinin Nəbatat bağından “Mega Silk Way” ticarət mərkəzinə qədər olan hissəsinin adı dəyişdirilərək “Heydər Əliyev” küçəsi adlandırılacaq.
Küçənin adının verilməsini paytaxt məclisinin deputatları tərəfindən təsdiqləyib. Qeyd edək ki, hazırda “Heydər Əliyev” küçəsi Astananın sağ sahilində yerləşir.

Xatırladaq ki, Qasım-Jomart Tokayev 2022-ci ildə Azərbaycana səfəri zamanı eks-prezident Heydər Əliyevin adının Astanada daha uyğun küçəyə veriləcəyini açıqlayıb. Prezident İlham Əliyevlə Astanada keçirilən görüşdə isə “Heydər Əliyev” küçəsi üçün daha layiqli yer tapıldığını bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR