Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlı gənc dünyaca məşhur müdafiə sənayesi şirkəti ASELSAN-da işə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan diasporu səhifəsi məlumat yayıb.
Qeyd edilib ki, Akademik Zərifə Əliyeva adına liseyin məzunu Kənan Quluzadə Türkiyədə Nəcməddin Ərbakan Universitetində mexanika mühəndisliyi üzrə təhsil alır.
Gənc soydaşımızın mexanika mühəndisliyinə olan marağı onu ASELSAN-a gətirib.
ASELSAN Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Vəqfinin yaratdığı, dünyanın ən məşhur 40 müdafiə sənayesi şirkətindən biridir.
Soydaşımızın uğurları bununla bitmir. O, həm də təhsil aldığı universitetin dosent və professorlarının işlədiyi şirkətlərin mexanikalarını da dizayn edib.
2024-cü ilin iyul-avqust aylarında ASELSAN-da təcrübə keçən gənc soydaşımız öyrəndiyi bilgiləri, təcrübəsini Azərbaycanla bölüşmək istəyir və əsas məqsədi Azərbaycanın müdafiə sənayesinin daha da təkmilləşdirilməsinə, müasir müdafiə sistemləri ilə təchiz olunmasına dəstək göstərməkdir.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ