Onlayn ictimai-siyasi qəzet
Bakıda körpü tikintisi zamanı usta ölüb.
Hadisə bu gün səhər saatlarında Pirşağı qəsəbəsində baş verib.
Körpü tikintisi zamanı 54 yaşlı Qasımov Yaşar Əli oğlunun üzərinə beton panel aşıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ərazidə Böyükşor-Pirşağı yolu çəkilir. Sözügedən körpü də həmin layihə çərçivəsində inşa olunur./Lent.az
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ