Onlayn ictimai-siyasi qəzet
İran İsrailə raket hücumu hazırlayır.
Musavat.com Euronews agentliyinə istinadən xəbər verir ki, İran ballistik raketlərlə İsrailə hücum etməyə hazırlaşır. Bu barədə mediaya ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi məlumat verib. Mənbə qeyd edib ki, ABŞ İsrailin müdafiə hazırlıqlarını fəal şəkildə dəstəkləyir.
Daha sonra İDF sözçüsü Daniel Hagari İranın mümkün hücumu ilə bağlı xüsusi brifinq keçirib. Onun sözlərinə görə, İsrail raket atəşinə hazırlaşır.
“Birləşmiş Ştatlar İranın raket atmağa hazırlaşdığı barədə bizə xəbərdarlıq etdi, lakin bu mərhələdə İrandan heç bir raket buraxılışı qeydə alınmayıb”, -
Hagari deyib. O, əlavə edib ki, İsrail Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və İranın İsrailə hücumu halında cavab veriləcək.
ABŞ-nin İrandan mümkün raket hücumu ilə bağlı xəbərdarlığı ilə əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu həmvətənlərini Daxili Cəbhə Xidmətinin təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
Netanyahu xalqa videomüraciətində İsrailin İranın şər oxuna qarşı kampaniyanın ortasında olduğunu və öz xalqını şimaldakı evlərinə qaytarmağa qərarlı olduğunu söyləyib.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ