Onlayn ictimai-siyasi qəzet
“Ermənistan iqtidarının Qarabağ ermənilərini layiqincə qəbul olunması və yerləşdirilməsi ilə bağlı vədləri “Avropa yüksəkliklərini” fəth etsə də, vəziyyət əslində fərqlidir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan danışıb.
Onun sözlərinə görə, Paşinyan iqtidarının dedilərinin əksinə Qarabağdan gələn ermənilərin problemləri böyüyür. Abramyan iqtidarın həmin şəxslərin mənzil problemlərini həll etmədiyini, onlar üçün adi yaşayış təminatlarını vermədyini söyləyib.
“Çoxlu sayda məsələlər - təhsil, səhiyyə, sosial təminat və xidmətlə bağlı problemlər taleyin ümidinə buraxılıb. Bütün bunlar vəziyyətin partlayıcı və gözlənilməz hal almasına gətirib çıxaracaq”, - deyə Abramyan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ