İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Abramyan: Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycandan asılıdır

Türkiyə-Ermənistan münasibətlərindəki hazırkı proseslər həmişəkindən daha çox birbaşa Azərbaycan-Ermənistan danışıqlar prosesi ilə bağlıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan danışıb.

“Müvafiq olaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da birbaşa Azərbaycanla razılaşmalardan asılıdır. Türkiyə-Azərbaycan tandemi kifayət qədər aqressiv manevrlərlə Ermənistan dövlətini tamamilə sıradan çıxarmağa çalışır. Bundan sonra hər hansı tənzimləmə, razılaşma və ya müqavilə əhəmiyyətsiz olacaq”, - deyə erməni deputat yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR