Onlayn ictimai-siyasi qəzet
“Paşinyan hökumətinin yeganə məqsədi tənqidləri mümkün qədər özündən yayındırmaq və günahı başqalarının üzərinə yıxmaqdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi Ermənistan parlamentinin üzvü, müxalifyönlü deputat Tiqran Abramyandır.
“Sərhəd qoşunlarının komandanının tutduğu vəzifədən azad olunması barədə siyasi qərar hansı məqsədlə verilib?”,-deyə Abramyan sual edib.
Erməni deputatın fikrincə, burada tək məqsəd günahdan yayınmaq, onu aşağı həlqələrə, xüsusən də hərbi dairələrin üstünə atmaqdır.
Paşinyan hökuməti öz xalqına qarşı düşmənçiliyi ilə dağıtmaqda məhv etməkdə və yeni itkilər qeydə almaqda davam edir”, - deyə Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ