İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Abramyan: “Ermənistan hakimiyyəti üçün Qarabağ məsələsi artıq aktual deyil”


Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan yazır:

“Arsax” hakimiyyəti” (rus sülhməramlılarının nəzarət zonasında hələ də qalan oyuncaq, qondarma separatçı rejimin uydurma adı-red.) bir neçə gün əvvəl “dövlət naziri” səviyyəsində Ermənistan hökumətinə yaranmış çətin vəziyyətlə əlaqədar siyasi, hüquqi, iqtisadi, sosial və psixoloji müdaxilə tələbi ilə müraciət edib. Son vaxtlar həmin məsələ yalnız humanitar çərçivədə müzakirə olunur. Lakin bu, həm də, siyasi və təhlükəsizlik problemlərinin həll olunmamasının nəticəsidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı Tiqran Abramyan tərəfindən yazılıb.

Revanşist siyasətçinin sözlərinə görə, bu problem Ermənistan hökumətinin Qarabağla bağlı Türkiyə-Azərbaycan ittifaqı ilə uyğun hərəkət etməsindədir.

“Paşinyan rejimi əvvəlcə Qarabağın siyasi və təhlükəsizlik məsələlərini həll etməkdən geri çəkildi, sonra açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bəyan etdi və bununla da total blokadaya yaşıl işıq yandırdı.

Qarabağ ermənilərindən SOS siqnalı gəlir , rəsmi İrəvan isə bu siqnalı konsertlər və festivallarla boğmağa çalışır”,-deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR