Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan Paşinyanı ölkəni həbsxanaya çevirməkdə ittiham edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, b barədə o, Facebook sosial şəbəkəsində xüsusi status həsr edib.
“Vardaşen həbsxanasında general Qriqori Xaçaturov və Vanadzor şəhərinin meri Mamikon Aslanyanla görüşdüm. Cəzaçəkmə müəssisəsində işləyən bir neçə şəxslə görüşə qadağa qoyulub. Buraya Qarik Qaleyan, Narek Malyan və başqaları daxildir. Hakimiyyət orqanlarının qorxuları və kompleksləri səbəbindən çoxlu sayda insan müxtəlif cəzaçəkmə müəssisələrindədir. Çoxları artıq o qədər müddətdir cəzasını çəkir ki, hətta unudulmağa başlayıblar. Biz həbsxana dövlətinə çevrilmişik”,-deyə Abramyan yazıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ