İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok”da möhtəşəm YENİLİK

"TikTok" tərtibatçıları videoları yerləşdirməklə bağlı möhtəşəm yeniliyə imza atıblar. Belə ki, sosial şəbəkədə videolar artıq üçüncü tərəf platformalarının köməyi ilə yayımlana bilər.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, "Direct Post" adlanan yeni funksiya "Adobe Premiere Pro", "Adobe Express", "Twitch" və "CapCut", "TikTok"un öz redaktə proqramı və s. kimi platformalarla inteqrasiya edir.

"Direct Post"dan istifadə etmək üçün müəlliflər "TikTok" hesablarını video redaktoruna qoşmalıdırlar. Təsdiq tamamlandıqdan sonra "API Content Posting"ə giriş verilir.

Artıq "TikTok"a daxil olmadan, məsələn, "CapCut"ın masaüstü versiyasından yayımlama parametrlərini təyin etmək və video göndərmək mümkün olacaq.

Analoji olaraq, "Adobe Premiere Pro" və "Adobe Express"-dən "TikTok"da videolar dərc etmək mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR