İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok”da ağlayaraq gündəm olan gəncin həbs səbəbi məlum oldu - VİDEO

Bir neçə gündür “TikTok” sosial şəbəkəsində ağlaması ilə gündəm olan “Ekoş” ləqəbli Elminin həbs edilməsinin təfərrüatı məlum olub.

Musavat.com xəbər verir ki, Elmi quldurluqda ittiham olunub.

Əvvəlcə qeyd edək ki, bir neçə gün əvvəl Elmi “TikTok” hesabından ağlayaraq etdiyi paylaşımda qeyd edirdi ki, günahsız yerə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediləcək. O, törətmədiyi əmələ görə həbsdə qalmaq istmədəyini bildirirdi. Bu paylaşım sosial şəbəkələrdə geniş şəkildə, yayıldı və müzakirə edildi. Elmi özü də cinayət işinin təfərrüatı barədə ətraflı məlumat vermədiyi üçün bu paylaşımla bağlı suallar yaranmışdı.

Elminin həbsinin təfərrüatı...

Yetkinlik yaşına çatmayan Elmi tanışı Fərid ilə Suraxanıda aptekə basqın etməkdə ittiham olunub. Fərid Elminin xalasının sevgilisi olub. Onlar bir-birlərini daha əvvəldən də tanıyıblar. Hadisə günü Fərid və Elmi birlikdə Suraxanıya gediblər.

Fəridin dediyinə görə Sumqayıtda ona 200 manat borcu olan tanışı var imiş. Həmin şəxsdən pulunu almağa gedib. Lakin tanışı telefonu söndürərək ona cavab verməyib. Buna əsəbləşən və pulu olmayan Fərid obyektlərdən birinə girərək kassada olan pulu götürmək qərarına gəlib. Fəridin belində oyuncaq tapança olub.

Təqsirləndirilən Fərid ifadəsində bildirib ki, tapançanı götürməkdə məqsədi obyektlərdən birinə basqın edərək pul əldə etmək olub. Onun sözlərinə görə aptekə basqın etmək planından Elminin xəbəri olmayıb.

Elmi də eyni məzmunlu ifadə verib və bildirib ki, Fərid yolda olan zaman aptekə girmək istədiyini deyib: “Fərid əvvəlcə satıcıdan dərman istədi. Sonra belindəki oyuncaq tapançanı çıxarıb satıcıdan pul tələb etdi. Mən isə olanlara tamaşa edirdim. Başqa bir müştəri içəri girəndə satıcı qışqırmağa başladı.

Aptekdən çıxıb qaçdıq. Bir gün sora polis bizi saxladı.

Məhkəmənin hökmü ilə Fərid 9 il 6 ay müddətinə aadlıqdan məhrum edilib. Elmi isə 7 il 6 ay həbs cəzası alıb.

Daha əvvəl oğurluğa görə məhkumluq yaşayan Fərid istintaq dövründə həbsdə idi. Elmi barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmi barəsində həbs cəzası çıxarılıb və məhkəmə zalında qandallanıb.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR