İnsanlara hürriyət, millətlərə istiqlal!

TikTok 19 yanvarda ABŞ-dan çıxa bilər

TikTok platforması bəyan edib ki, 19 yanvar tarixinədək Bayden administrasiyası qanunun icra olunmaması ilə bağlı təminat verməsə, şirkət ABŞ-dan fəaliyyətini dayandıracaq.

Musavat.com xəbər verir ki, ABŞ-da 170 milyondan çox istifadəçisi olan TikTok, ölkə əhalisinin təxminən yarısını əhatə edir. Buna baxmayaraq, ABŞ Ali Məhkəməsi platformanın fəaliyyətini məhdudlaşdıran qanunu dəstəkləyərək, TikTok-un ifadə azadlığının pozulması ilə bağlı iddiasını rədd edib.

Qeyd olunur ki, bu qərar TikTok-un ABŞ bazarında gələcək fəaliyyətinə ciddi təsir göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR