Onlayn ictimai-siyasi qəzet
Rusiya BRİKS-in Yeni İnkişaf Bankından (NDB) 1,2 milyard dollar kredit alacaq. Musavat.com “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, vəsaitlər ölkədə layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Bildirilir ki, NDB hazırda Rusiyada dörd layihə həyata keçirir: mədəni və tarixi irsin qorunması, məhkəmələrin inkişafı və su təchizatı sisteminin modernləşdirilməsi.
Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra bu layihələrin icrasının maliyyələşdirməsi sahəsində problemlər yaranıb. Hazırda BRİKS Bankının ayırdığı vəsaitlərin Rusiyaya çatdırılması yolları axtarılır.
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ