Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev dekabrın 3-də Malta Respublikasının Valetta şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində deputat ATƏT PA-nın Büro və ATƏT-in Nazirlər Şurasının iclaslarında iştirak edəcək. Tədbirlərdə ATƏT PA-nın fəaliyyəti, prosedur qaydaları və seçkilərin müşahidəsi işi barədə müzakirələr aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ