Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın paytaxtı Tiflisdə xüsusi təyinatlılar etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb.
Musavat.com xəbər verir ki, etirazçılar, Avropa İttifaqına inteqrasiya ilə bağlı müzakirələrin 2028-ci ilə qədər təxirə salınmasına qarşı çıxaraq parlament binası qarşısında toplaşıblar. Xüsusi təyinatlı qüvvələr bu gün parlament meydanını tam nəzarətə götürüb.
Etirazçılar ilə polis arasında qarşıdurmalar baş verib. Təhlükəsizlik qüvvələri izdihamı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qaz tətbiq edib. Nümayişçilərin bəzi hallarda pirotexnika və Molotov kokteyllərindən istifadə etdiyi bildirilir. Buna cavab olaraq xüsusi təyinatlılar zorakılıq hallarını yatırmaq üçün tədbirlər görüb.
Musavat.com
@@TVmusavat/102629@@
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ