Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın paytaxtı Tiflisdə artıq 23 gündür ki, qərbyönümlü müxalifətin tərəfdarları fasiləsiz etirazlar keçirirlər.
Musavat.com Sputnik Gürcüstanın Telegram kanalına istinadən xəbər verir ki, etirazçılar Rustaveli prospektini bağlayaraq, yeni parlament seçkilərinin təyin olunmasını tələb edirlər. Onlar Gürcüstan hökumətinin qərbyönümlü siyasətdən uzaqlaşmasından narazıdırlar və ölkənin demokratik islahatlara doğru irəliləməsini istəyirlər.
Aksiyaların davam etməsi ölkədə siyasi gərginliyi artırır. Hökumətin bu tələblərə necə cavab verəcəyi hələlik bəlli deyil.
Musavat.com
21 Dekabr 2024
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ