Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlamentin yaxınlığındakı Rustaveli prospektindən ayrılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, "xarici agentlər haqqında" qanuna etiraz edənlərin qanunvericilik binasına qayıtmasına icazə verilib.
Polis bir neçə saat ərzində Rustaveli prospektini bağlamışdı. Etirazçıların bəziləri parlament binasının qarşısındakı dəmir hasara zərər vuraraq onun həyətinə girməyə cəhd etdikdən sonra təhlükəsizlik qüvvələri etirazçıları parlamentdən uzaqlaşdırmışdı. Hətta bir neçə nəfər həbs edilmişdi.
Məlumata görə, nümayişçilərin sayı azaldıqdan sonra DİN qalan etirazçıların parlamentə doğru qayıtmasına və aksiyanı davam etdirməsinə icazə vermək qərarına gəlib. Etirazçılar parlamentin xidməti girişlərinə aparan 9 Aprel və Çiçinadze küçələrində də yer alıblar. Hazırda parlament qarşısında vəziyyət sakitdir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ