Onlayn ictimai-siyasi qəzet
Tiflisdə müxalifətin etiraz aksiyası başlayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, etirazçılar Macarıstanın baş naziri Viktor Orbanın kortejini fitə basıblar.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 27-də axşam ölkə üçün kritik əhəmiyyət kəsb edən parlament seçkilərinin bitməsindən bir gün sonra brifinq keçirərək “seçkilərin tamamilə saxtalaşdırıldığını” bəyan edib.
Prezident seçki nəticələrini tanımadığını bildirib və hər kəsi oktyabrın 28-də saat 19.00-da parlament binası qarşısına simvolik etiraz aksiyasına – yeni seçilmiş parlamentin qeyri-legitimliyini bütün dünyaya çatdırmaq üçün toplaşmağa çağırıb.
Afaq,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ