İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Washington Post”: Bölgəsəl güclərin gözü bu zonaya dikilib

Ermənistanın cənubundakı köhnə Meqri qatar stansiyasının kənarında, solğun Sovet İttifaqı emblemi ilə bəzədilmiş paslı lokomotiv relslərdə oturur, sanki hələ çoxdan gəlməyi dayandırmış sərnişinləri gözləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, "The Washington Post" qəzetinin Zəngəzur dəhlizi ilə bağlı məqaləsi bu cümlə ilə başlayır.

Qeyd edək ki, məqalə Azərbaycana qarşı qərəzli şəkildə və ittihamedici tərzdə yazılıb.

“...Meğri strateji yol ayrıcındadır, Azərbaycan, İran, Türkiyə və Rusiya da daxil olmaqla regional güclərin yarışması onun tezliklə yeni müharibənin mərkəzinə çevriləcəyi ilə bağlı qorxuları artırır.

Azərbaycan Ermənistanın Meğri və Sünik bölgəsinin qalan hissəsini Zəngəzur dəhlizi adlandırır. Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilər Bakının Qarabağı (məqalədə “mübahisəli Dağlıq Qarabağ ərazisi” deyə bəhs olunur-red) qaytarmasından sonra dəhlizin açılmasını özlərinin əsas prioriteti adlandırıblar.

Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələrini Azərbaycan üzərindən Türkiyə ilə birləşdirəcək, Orta Dəhliz adlanan daha uzun və potensial olaraq çox gəlirli Şərq-Qərb marşrutunda kəsilmiş xətdir.

İrəvan Qarabağda qısamüddətli müharibədən sonra 2020-ci ildə atəşkəs sazişi çərçivəsində nəqliyyat marşrutlarını açacağına söz verib. Lakin Ermənistan rəsmiləri bundan sonra buna etiraz edərək hər hansı bu cür razılaşma faktiki olaraq Ermənistan ərazisinin işğalına bərabər olacağını bildiriblər.

Azərbaycanın Qarabağdakı (yazıda Dağlıq Qarabağ deyə göstərilib-red.) hərbi əməliyyatının qarşısını ala bilməyən və Moskva tərəfindən satılan Ermənistan indi marşruta tam nəzarət etmək istəyir. Və rəsmi İrəvan 1970-ci illərdən Meqrinin sərhədlərini qoruyan Rusiya qüvvələrinin iştirakını artıq istəmir.

Bu arada Azərbaycan dəhlizə maneəsiz çıxış üçün İrəvana təzyiq edir, Bakıdan Naxçıvana köhnə sovet dəmir yolunu, eləcə də avtomobillərə gedən magistral yolu yenidən açmağa çalışır. Marşrut üçün hazırlıq çərçivəsində artıq infrastruktur tikintisinə başlanılıb”, - deyə məqalədə bildirilir.

Yazıda Azərbaycan Prezidentinin “Biz Zəngəzur dəhlizini Ermənistan istəsə də, istəməsə də həyata keçirəcəyik” sözlərindən sitat gətirilib.

Məqalədə Almaniya Xarici Əlaqələr Şurasının Cənubi Qafqaz üzrə eksperti Stefan Maysterdən ekspert rəyi alınıb.

“Mən hesab edirəm ki, eskalasiya təhlükəsi çox realdır. Azərbaycanlıların maksimalist yanaşması var. ... Əgər öhdəsindən gələ bilsələr, bunu edəcəklər”, - deyə o qeyd edib.

“Carnegie Europe” təşkilatının region üzrə ixtisaslaşmış baş elmi işçisi Tomas de Vaala görə isə bölgədə bir-birinə rəqib olan qüvvələr yarışır:

Ermənistan Qərb tərəfindən dəstəklənir, Azərbaycan, Rusiya və Türkiyə isə bir yerdədir. “Çox güman ki, Bakı və Moskva Ermənistan hökumətini öz planını qəbul etməyə məcbur etmək üçün ona bütün təzyiq nöqtələrindən birgə istifadə edəcəklər”, - deyə de Vaal bildirib.

“The Washington Post” bölgədə Ermənistanın tək müttəfiqinin kim olduğunu da açıqlayıb.

Amma Ermənistanın qüdrətli müttəfiqi və yeganə dost qonşusu olan İran bu layihəyə qəti şəkildə qarşı çıxır, Ermənistanla sərhədində hər hansı dəyişikliyin qarşısını alır. Təklif olunan plan iki ölkə arasında azad ticarət və nəqliyyatın ayrılmasına mane olacaq. İran, həmçinin İranın Türkiyə və Azərbaycanla qaz müqavilələrindən əldə etdiyi gəlirini azalacağını güman edir”, - deyə məqalədə qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR