İnsanlara hürriyət, millətlərə istiqlal!

The National Interest: Ermənistan–Azərbaycan sülh sazişi və onun əleyhdarları

Bu yaxınlarda imzalanmış Ermənistan–Azərbaycan sülh sazişinin ən səs-küylü əleyhdarları Rusiya və İran olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The National Interest jurnalının analitik yazısında qeyd olunub.

Məqalədə qeyd olunur ki, 8 avqustda bütün gözləntilərə zidd olaraq ABŞ prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanın prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh sazişinin imzalanmasına nəzarət edib. Bu, Fransa qəzeti Le Monde-un “Ermənistanla Azərbaycan arasında sülh hələ də əlçatmaz olaraq qalır” başlıqlı məqaləsindən cəmi bir neçə gün sonra baş verib. Le Monde həmin yazıda mümkün sazişi “Ermənistanda ümidsizlik hissindən doğan” bir sənəd adlandırmışdı.

“Beləliklə, ABŞ özünü Cənubi Qafqazda əsas sülhməramlı qüvvə kimi təqdim edir, Rusiya və İranı arxa plana sıxışdırır ki, bu da Moskvanı narahat edir. Rusiya faktiki olaraq Qərbi Ermənistan–Azərbaycan sülh sazişini “öz maraqlarına uyğunlaşdırmağa cəhd etməkdə” günahlandırıb. Sənədin imzalanmasının nəticələrindən biri də Ermənistanda rus hərbi bazasının (Gümrüdə) bağlanması tələbinin gündəmə gəlməsi olub. Hazırkı Ermənistan–Rusiya müdafiə sazişinə əsasən, baza 2044-cü ilə qədər fəaliyyət göstərməlidir. Lakin bu saziş 2023-cü ildə Qarabağ ətrafında baş vermiş toqquşmadan əvvəl imzalanıb və həmin vaxt Moskva Ermənistana yardım göstərməyib. İndi isə bazanın bağlanmasını tələb edənlər soruşurlar: “Ümumiyyətlə, onun nə faydası var?” Əlavə edirlər ki, əgər sülh labüddürsə, Ermənistanın artıq Rusiyanın “mühafizəsinə” ehtiyacı yoxdur”,-deyə yazıda bildirilir.

Yazı müəlliflərinə görə, “ABŞ vasitəçiliyi ilə imzalanmış sazişdən narazı olan digər tərəf isə İrandır. Əsas məsələlərdən biri “Sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlanan layihədir. Bu marşrut əvvəlcə “Zəngəzur dəhlizi” kimi tanınırdı və Azərbaycanın əsas ərazisini Naxçıvanla Ermənistan üzərindən birləşdirən ticarət-nəqliyyat yoludur. TRIPP-in detallarının hazırlanması hələ davam edir, lakin Tramp senator Mark Rubioya bu işləri davam etdirmək səlahiyyəti verib. Saziş ABŞ-a növbəti 99 il ərzində TRIPP-i inkişaf etdirmək üçün eksklüziv hüquqlar təqdim edir. Tehran isə narahatdır ki, bu layihə onun Qafqazdakı maraqlarına zərər vuracaq. ABŞ-ın – İranda “Böyük Şeytan” adlandırılan dövlətin – İranın şimal-qərb sərhədində iqtisadi və hərbi fəaliyyətini davam etdirməsi Təh¬randa ciddi narazılıq doğurur. Ermənistanın İran orbitindən çıxması isə sanksiyalardan yayınmaq üçün mühüm tranzit zonasının itirilməsi demək ola bilər”.

"Nəhayət, saziş Türkiyənin və İsrailin – Azərbaycanın müttəfiqlərinin mövqelərini gücləndirir. Nəşr əlavə edir ki, erməni diasporunun bəzi icmaları sənədi sərt şəkildə pisləyərək onu yeni “Münhen” adlandırıblar. Sənədə qarşı çıxanlar arasında iqtisadçı və Kolumbiya Universitetinin Yer İnstitutunun Davamlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saks kimi tanınmış solçu intellektuallar da var",-deyə məqalədə qeyd olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR