İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə Bakıda məcburi eniş etdi

London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “NOMAD AVIATION AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.

Musavat.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR