Onlayn ictimai-siyasi qəzet
“Bütün ermənilərin katolikosu hərəkata xeyir-dua verib, lakin ona rəhbərlik etmir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan yürüş zamanı jurnalistlərlə söhbətində deyib.
Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatlarına bu sözlərlə cavab verib: “Mövcud olmayan bir şeyi necə şərh edə bilərəm?”
Erməni keşiş Eçmiədzin kilsəsinin mənsublarına qarşı təzyiqlərin başlandığı, onların respublikanın Milli Təhlükəsizlik Xidmətinə dəvət edildiyi barədə suallara da reaksiya verib:
“Sovet dövründə də təzyiqlər olub, SSRİ-yə nə oldu? Sonra kilsəyə nə oldu? Heç nə. Sayları bir az azalıb, amma Sovet İttifaqı yoxdur və olmayacaq”.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ