İnsanlara hürriyət, millətlərə istiqlal!

Təxribatçı keşiş AÇIQLADI - bu gün saat 18:30-da...

"Biz həmişə bütün ermənilərin katolikosu ilə görüşürük, başqa nə problem ola bilər ki?"

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Onun bir gün əvvəl bütün ermənilərin katolikosu II Qareginlə görüşü barədə mətbuatda yayılan məlumatlara cavab verilməsi istənilib. Lakin təxribatçı keşiş digər suallara cavab verməyib. 

Baqrat Qalstanyan bu gün saat 18:30-da çox vacib mitinq olacağını və mitinq zamanı çox mühüm mesajlar veriləcəyini deməklə kifayətlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR