Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyanın dediklərinin tam əksi olur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu "Ana Ermənistan" Partiyasının sədri Andranik Tevanyan İrəvanın mərkəzində keçirilən mitinqdə jurnalistlərə deyib.
"Sülhdən danışır, amma müharibə gətirir. Onun dodaqlarından “suverenlik” sözünü eşidəndə dəhşətə gəlirəm. Bu o deməkdir ki, o, bizim suverenliyimizi məhv edəcək", - deyə partiya sədri qeyd edib.
Tevanyanın sözlərinə görə, Paşinyan Türkiyə-Azərbaycan planını həyata keçirərək, Ermənistanı bütün mümkün təbii müttəfiqlərlə qəsdən çəkişdirir:
"Hakimiyyətin istefasının ən vacib şərti ümumxalq üsyanıdır və bu, artıq insanların ürəyincədir. Biz dəyişikliklərin mümkün qədər tez baş verməsini təmin etməli və macəralardan qaçmalıyıq. Hakimiyyət dəyişikliyi halında Ermənistanda təhlükəsizlik vəziyyəti kəskin şəkildə dəyişəcək. Bugünkü təhdidlər artıq olmayacaq".
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ