Onlayn ictimai-siyasi qəzet
"Tesla"nın 2025-ci ilin ortalarında təqdim edəcəyi yeni smartfon modeli texnologiya dünyasında inqilab etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu telefon "Starlink" peykləri vasitəsilə dünyanın hər yerində ömür boyu pulsuz internet xidməti təqdim edəcək.
İlon Maskın rəhbərlik etdiyi "Tesla" avtomobil sənayesindən sonra telekommunikasiya bazarına da güclü giriş etməyə hazırlaşır. Yeni smartfonun təkmil texnologiya, innovativ dizayn və limitsiz internet bağlantısı ilə digər rəqibləri geridə qoyacağı gözlənilir.
Mütəxəssislər "Tesla"nın bu addımını mobil rabitə bazarında dönüş nöqtəsi kimi qiymətləndirir, çünki ənənəvi mobil operatorlar və internet provayderlərinin gələcəkdə ciddi rəqabətlə üzləşəcəyi gözlənilir.
Hələlik cihazın texniki xüsusiyyətləri rəsmi olaraq açıqlanmasa da, "Tesla" telefonunun yüksək sürətli peyk bağlantısı, güclü batareya və premium səviyyəli kameralarla gələcəyi gözlənilir.
Bu yenilik smartfon bazarında yeni bir dövrün başlanğıcı ola bilər.
Musavat.com
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ