İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tesla”nın Şanxay zavodunda istehsal rekordu qeydə alınıb

“Tesla” şirkətinin Şanxaydakı zavodunda sentyabrda 83 min avtomobil istehsal olunub.

AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, bu, Şanxaydakı zavod üçün aylıq rekord göstəricisidir. Zavodun fəaliyyət göstərdiyi 3 il ərzində isə təxminən 1 milyon avtomobil istehsal olunub.

Ümumiyyətlə, Çində son illər ekoloji təmiz avtomobillərin istehsalı, satışı və ixracında böyük artım müşahidə olunur. Cari ilin yanvar-avqust aylarında Çin 340 min təmiz avtomobil ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 97,4 faiz çoxdur.

Çin Sərnişin Avtomobilləri Assosiasiyasının ekspertləri cari il ərzində Çində təmiz avtomobil satışının 6,5 milyonu ötəcəyini proqnozlaşdırıb. Satışın çoxalmasına təmiz avtomobillərin satışında tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması da mühüm rol oynayır.

Qeyd edək ki, hazırda “Tesla”nın ABŞ ilə yanaşı Çin və Almaniyada zavodları var. “Tesla”nın Şanxayda 2019-cu ilin yanvarında təməli qoyulan zavodu təxminən bir ildən sonra istifadəyə verilib. İllik istehsal gücü ilkin mərhələdə 150 min avtomobil olan zavodun gələcəkdə ildə 500 min avtomobil buraxması planlaşdırılıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR