İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-dan SON DƏQİQƏ XƏBƏRDARLIĞI - İsrail İrana hücum edərsə...

İsrail İrana hücum edərsə, onun neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endiriləcək.

Musavat.com xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandirinin müavini, briqada generalı Əli Fədəvi deyib.

"Əgər sionist rejim (İsrail – red.) səhv edərsə, biz onların bütün enerji mənbələrini, stansiyalarını, neftayırma zavodları və qaz yataqlarını hədəfə alacağıq", - deyə o bildirib.

Generalın sözlərinə görə, İsrailin 3 elektrik stansiyası və bir neçə neft emalı zavodu var, lakin İran nəhəng bir ölkədir.

SEPAH-ın xəbərdarlığı neft bazarında qiymət artımını daha da sürətləndirib. Hazırda Brent markalı neftin qiyməti 79 dollara yaxınlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR