İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Musavat.com xəbər verir ki, milli üzvü 81 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb.

S.Şükürov Mixaylo Simin (Serbiya), Senq-Min Kim (Koreya) və Coşua De Lanqı (Niderland) məğlub edərək yarımfinala yüksəlib. Burada Jianq Nan Vanqa (Çin) uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə Muhammad Yusufzodanı (Tacikistan) üstələyib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı ilk medaldır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR