İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Bakı Təşəbbüs Qrupuna təşəkkür edib - BƏYANAT

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi bəyanat yayıb.

Musavat.com-un xəbərinə görə, bəyanatda deyilir:

“Fransa koloniyasında həbsdə olan fəalları dəstəkləmək üçün müxtəlif həmrəylik aksiyalarının davamı olaraq və 20 sentyabr 2024-cü ildə Lyon Məhkəməsində başlayan silsilə dindirmələrə cavab olaraq Fransanın müxtəlif şəhərlərində, Kataloniyada, Sakit Okean hövzəsində, eləcə də Antil adalarında həmrəylik ifadə edən qardaş və bacılara Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi öz təşəkkürünü ifadə edir.

Kollektivimiz bir neçə ay ərzində məlumatlılığın artırılması və informasiya məkanlarının təşkilinə qoyulan səylər çərçivəsində "Kanak Həmrəyliyi" kollektivi və Fransanın Kanak hərəkatı tərəfindən görülən mühüm işləri yüksək qiymətləndirir.

Xüsusilə işimizin qurulmasında mühüm dəstəyə görə Solidarita Assosiasiyasına və EH Bai-yə, eləcə də siyasi məhbus ailələrinə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürümüzü bildiririk”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR