İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərdə ağır qəza- Ata-oğul öldü

Tərtərdə ölümlə nəticələnən qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan OPEL markalı minik maşını “KamAZ”la toqquşub. 

Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Ziya Əmirxanlı

***

Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün saat 18:00 radələrində, Ağcabədi - Hindarx avtomobil yolunun Düyərli kəndi ərazisindən keçən hissəsində Zaur Məmmədovun idarə etdiyi “Kamaz” markalı və Ramil Mustafayevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Opel” markalı avtomobilinin sürücüsü və iki sərnişini - Həbib və Vidadi Quliyevlər hadisə yerində həyatlarını itiriblər. 

Fakt üzrə cinayət işi başlanıb. Araşdırma aparılır.

***

Tərtərdə baş verən yol-nəqliyat hadisəsində ölənlərdən ikisi ata-oğul olub.

Məlumata görə, 1974-cü il təvəllüdlü Quliyev Həbib və onun oğlu 1998-ci il təvəllüdlü Quliyev Vidadi qəza zamanı hadisə yerində ölüblər. 

Ölən digər şəxs “Opel” markalı avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Mustafayev Ramin Nurəddin oğlu olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR