İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçunu zərərsizləşdirən Vasif Xalq artistinin qohumu imiş - Fotolar

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyevin Xalq artisti Firəngiz Mütəllimovanın qohumu olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib. 

O, birgə fotolarını paylaşaraq bunları yazıb:

"Dayım nəvəsi, qəhrəman balam Vasif. Səninlə qürur duyuram. Yaşadığımız bütün sarsıntılar, həyəcanlar geridə qalsın. Sən ailəmizin fəxrisən, Allah yolunu açıq eləsin. Mərd balam, sağlam və xoşbəxt ol. Allah səni və əzizlərini qorusun".

Qeyd edək ki, 27 yanvar saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev hadisə zamanı 6 qəlpə xəsarəti alıb. O, Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR