İnsanlara hürriyət, millətlərə istiqlal!

Təranə Səmədovadan həbs edilən həyat yoldaşı ilə bağlı PAYLAŞIM

Prodüser Təranə Səmədova ötən gün həbs edilən həyat yoldaşı Rasim Həsənovla bağlı paylaşım edib. 

Musavat.com xəbər verir ki, o instagram hesabında əri və iki uşağı ilə fotosunu paylaşaraq onun tezliklə azadlığa çıxmasını arzulayıb: 

"Ata, biz sənin üçün necə darıxırıq, övladlarının hamısı... Allah özü qorusun bizi, heç bir valideynin, övladın gözü yaşlı qalmasın. Allah haqqı nahaqqa möhtac qoymasın. Hər açılan sabahın bir kəraməti var. İnşallah, bu gün də xeyirli günlərdən olar. Sonda hər şey yaxşı bitir, hər şey yaxşı deyilsə, deməli son deyil. Allah səni bizə tez qovuşdursun. Məcburam güclü olmağa... Amma arada elə istəyirəm ki, düyməni basıb, yatmaq rejiminə keçim".

Xatırladaq ki, ötən gün tutulan Rasim Həsənov instaqramda tanış olduğu şəxsi onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Rasimin zərərçəkəndən metronun 1100 dollar aldığı bildirilib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR