İnsanlara hürriyət, millətlərə istiqlal!

Ter-Petrosyan Türkiyə parlamentinin erməni deputatı ilə bir arada

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan türkiyəli deputat Karo Paylanı öz iqamətgahında qəbul edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması perspektivlərinin müzakirə olunduğu söhbət iki saatdan çox davam edib. Müzakirələrdə birinci prezidentin baş müşaviri Jirayr Liparityan da iştirak edib.
İstisna deyil ki, erməni deputat İrəvana ümumerməni sammitinə qayılmaq üçün gəlib.

Qeyd edək ki, əvvəlki illərdə erməni deputat Serj Sərkisyan və digər türk düşmənləri ilə də görüşmüşdü. HDP-ni təmsil edən Paylan dəfələrlə antitürk çağırışları ilə gündəmə gəlib. Qardaş ölkənin müvafiq qurumlarının belə həssas dönəmdə Paylanın İrəvana hansı məqsədlə gəldiyini araşdıracağı istisna deyil.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR